
Futbol üzrə Türkiyə
millisinin 12 noyabrda Braziliya və 16 noyabrda Qazaxıstan milliləri ilə keçiriləcək
oyunlar üçün ilkin heyəti açıqlanıb. Sportnet.az-ın məlumatına görə, baş məşqçi Fatih Terim 28
futbolçuya dəvət göndərib.
Terim əvvəlki heyətlərlə müqayisədə Hakan Çalhanoğlu və Ömər Toprakı çıxarıb, əvəzində "Beşiktaş”lı Gökhan Töreni heyətə
salıb. Bir müddət öncə bu futbolçularla Gökhan arasında münaqişə yaşanmışdı.
Lakin Gökhanın üzür istəməsini Hakan və Ömər qəbul etməmişdi.
Terimin digər sürprizi isə qapı ilə bağlıdı. Baş məşqçi
Volkan Demirəli heyətə salarkən, Onur Kıvrak və Tolqa Zənginin zədəsi
səbəbindən onların yerinə "Bursaspor”dan Harun Tekinə dəvət yollayıb.
Qapıçılar: Volkan Dəmirəl, Volkan Babacan, Harun Tekin
Müdafiəçilər: Tarık Çamdal, Gökhan Gönül, Kaan Ayhan, Sərdar
Aziz, Bəkir İrtegün, Semih Kaya, Caner Erkin, İsmayıl Köybaşı
Yarımmüdafiəçilər: Hamit Altıntop, Mehmet Ekici, Selcuk
İnan, Bilal Kısa, Oğuzxan Özyakup, Alper Potuk, Mehmet Topal, Ozan Tufan, Volkan
Şən, Gökhan Törə, Olcay Şahan, Arda Turan
Hücumçular: Adem Böyük, Umut Bulut, Mövlud Ərdinç, Mestafa Pektemek, Burak Yılmaz.