
Bu gün 19 yaşadək futbolçulardan ibarət
Azərbaycan yığması Avropa çempionatının ilkin seçmə mərhələsində ilk oyununu
keçirib. Sportnet.az-ın məlumatına görə, rəqib Macarıstan yığması olub.
Dunaujvaroş şəhərində təşkil olunan qarşılaşma heç-heçə ilə nəticələnib - 1:1.
21:00. Macarıstan - Azərbaycan - 1:1
Qollar: Kristof Polqar, 37 - Budaq Nəsirov, 84
Qırmızı vərəqə: Donat Söter, 90+2 (Macarıstan)
Hakimlər: Con Beton, Qrim
Stüart (hər ikisi Şotlandiya), Devid Morheym, Eli
Hakmon (hər ikisi İsrail)
Qeyd edək ki, 4-cü seçmə qrupun digər qarşılaşmasında Slovakiya Sloveniyaya qalib gəlib - 2:1.