19 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa
çempionatının ilkin seçmə mərhələsi çərçivəsində millimiz dünən Macarıstanla
qarşılaşıb. Sportnet.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, yığmamızın
baş məşqçisi Nikolay Adam oyunla bağlı fikirlərini bildirib.
Adam seçmə mərhələyə məğlubiyyətsiz başladıqları üçün şad olduğunu
bildirib: "Şadam ki, bu vacib işin öhdəsindən gəldik. İkinci hissənin
ortalarında Elnur Cəfərovu dəyişməklə taktiki dəyişikliyə də əl atdıq.
Ümumiyyətlə, dəyişikliklər oyunun tərkib hissəsidir. Həmin vaxt hesabda geridə
idik. Nəyisə dəyişməyimiz lazım idi. Nəticədə cavab qolunu vura bildik”.
Qeyd edək ki, Macarıstan – Azərbaycan matçı 1:1 hesabı ilə başa çatıb.