Oyunlarda informasiyanın satılmasına görə futbol hakimləri barədə ilkin dindirmələr başlayıb. Sportnet.az-ın Gürcüstan mətbuatına istinadən məlumatına görə, dindirmələr Tbilisi şəhər məhkəməsi tərəfindən aparılır.
Tbilis
şəhər məhkəməsinin əməkdaşının bildirdiyinə görə, hakimlərin işi artıq
başlayıb. Bu gün dindirmələr çərçivəsində ilk görüş keçiriləcək.
Sentyabr
ayının sonunda aparılan istintaq zamanı 8 futbol hakimi, həmçinin FİFA dərəcəli
hakimlər saxlanılaraq məhkəməyə qədər həbsə salınıblar. İstintaq iddia edir ki,
onlar bir və ya bir neçə matçda öncə pul alaraq oyun zamanı neçə sarı və
qırmızı vərəqə göstərəcəyi barədə məlumat vermişdir. Bu məlumatlar isə 2,5-5
min dollar arası qiymətləndirir.
Həbs
olunanlardan birini vəkilinin bildirdiyinə görə, onlar müdafiə tərəfinin azad
olunması üçün müraciət etmək niyyətindədirlər.
Bundan başqa Gürcüstan Futbol Federasiyasının hakimlər komitəsi 25 sentyabr tarixində saxlanılan hakimlərin ömürlük diskvalifikasiya olunması barədə qərar qəbul edib.