
Gürcüstan milli komandasının baş məşqçisi Temuri Ketsbaya
AÇ-2016-nın təsnifat mərhələsi başa çatandan sonra postunu tərk edəcəyini
bildirib. Sportnet.az-ın
məlumatına görə, ondan sonra bu vəzifəni Aleksandr Çivadzenin yerinə yetirəcəyi
güman olunur.
Çivadze "Dinamo Tbilisi" klubundakı çıxışları ilə futbol
ictimaiyyətinə tanışdı. 59 yaşlı mütəxəsis artıq 1993-97 və 2001-03-cü illərdə
Gürcüstan millisinə rəhbərlik edib.
Qeyd edək ki, AÇ-2016-nın təsnifat mərhələsində 3 oyun keçirən gürcülər yalnız debütant Cəbəllütariqi məğlub edə bilib.