Dünən
Avro-2016-nın seçmə mərhələsi çərçivəsində bir sıra oyunlar keçirilib.
Sportnet.az-ın məlumatına görə, Şotlandiya-İrlandiya qarşılaşmasında faciə baş
verib.
Oyunun
keçirildiyi "Seltik park” stadionun pilləkənindən yıxılan azarkeş vəfat edib. 22
yaşlı gənc xəstəxanaya çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, matç şotlandiyalıların minimal hesablı qələbəsi ilə başa çatıb – 1:0. Qarşılaşmada yeganə qolu 75-ci dəqiqədə meydan sahiblərinin futbolçusu Şon Maloni vurub. Oyunu 60 min azarkeş izləyib.