
Avro-2016-nnın
qrup mərhələsi çərçivəsində keçirilən Yunanıstan-Farer Adaları matçında meydan
sahiblərinin zəif rəqibinə uduzması ölkə mətbuatında etirazlara yol açmışdı.
Sportnet.az-ın məlumatına görə, baş məşqçi Klaudio Ranyeri bu gün istefaya göndərilib.
Ranyeri
Yunanıstan millisini Braziliyada keçirilən dünya çempionatından sonra çalışdırmağa
başlamışdı. Milli onun rəhbərliyi altında lazımi nəticəni göstərə bilmədiyindən
rəhbərlik onu millidən qovub.
Belə ki, Yunanıstan
millisi Ranyerinin rəhbərliyi altında Avro-2016-nın qrup mərhələsində keçirdiyi
4 oyunda cəmi 1 xal toplaya bilib. Evdə Rumınya, Şimali İrlandiya və Farer
Adalarına uduzan komanda, səfərdə Finlandiya ilə heç-heçə edib.
Son Farer Adaları ilə keçirilən matçda minimal hesabla məğlub olan Ranyerinin yetirmələri qrupda son pilləyə enərək liderdən 9 xal geri qalır.