 

İtaliya
milli komandasının hücumçusu Mario Balotelli zədələnib. Sportnet.az-ın məlumatına
görə, futbolçu qarşıdakı matçlarda çıxış edə bilməyəcək.
		
		
Dizindən
zədə alan futbolçunun artıq milli komandanın düşərgəsini tərk edib. Zədəsinin
ciddi olmadığı, lakin məşqçi korpusunun riskə getmək istmədiyi bildirilir.
	
	
Balotellinin
Avro-2016-nın seçmə mərhələsi çərçivəsində Xorvatiya ilə oyunda və Albaniya
millisi ilə yoldaşlıq görüşündə iştirak etməyəcəyi gözlənilir.
	
	
Qeyd edək ki, İtaliya yığması Avro-2016-nın seçmə mərhələsində Azərbaycan millisi ilə H qrupunda mübarizə aparır.








 
                 





 
     
     
     
     
     
     
     
     
     
    






















































