
Avro-2016-nın
seçmə mərhələsi çərçivəsində millimizin qonağı olan Norveç yığması bu gün
mətbuat konfransı keçirib. Sportnet.az-ın məlumatına görə, baş məşqçi Per-Matias Hoqmo sabahkı oyun haqda fikirlərini bölüşüb.
Hoqmo
komandamızın yeni baş məşqçi ilə oynamasına diqqət çəkib: "Azərbaycan millisinin
baş məşqçisi yenidir. Bu səbəbdən komandanızın doğma azarkeşlər önündə daha
istəkli oynayacağını düşünürük. Xorvatiyaya 0:6 hesablı məğlubiyyətdən sonra
komandanın baş məşqçi dəyişikliyi edilib ki, komandanız yeni baş məşqçinin rəhbərliyi
altında daha istəkli oynayacaq”.
Norveçli
məşqçi daha sonra oyun haqda danışıb: "Yığmanız bu mərhələdə ən yaxşı oyununu
Bolqarıstana qarşı keçirib. Həmin oyuna əsasən də millinizi təhlil etmişik”.
Məşqçi stadionun ot örtüyünə də münasibət bildirib: "Şərtlər hər iki komanda üçün eyni olacaq. Qazona öyrəşmək məcburiyyətindəyik. Otu çox sulasaq tez böyüyər”.