Avro-2016-nın
seçmə mərhələsində mübarizə aparan Bolqarıstan millisinin futbolçusu İvelin
Popovun adı qalmaqalda hallanır. Sportnet.az-ın məlumatına görə, yarımmüdafiəçi
millinin son toplanışında etdiyi hərəkətə görə qınaq obyekti olub.
Belə
ki, Popov milli komandanın masajçısını hər kəsin gözləri önündə jim etməyə
məcbur edib. Masajçı məcburən kömək üçün komandanın keçmiş kapitanı Stilyan
Petrova müraciət etməli olub. O da öz növbəsində etdiyi hərəkətlərə görə Popovu məzəmmət edib, millinin baş məşqçisi Lyubo Penevi bu haqda məlumatlandırıb.
Qeyd edək ki, Popov Bolqarıstan millisinin 16 noyabrda Malta ilə (1:1) oyunundan sonra komandanın düşərgəsinə içkili vəziyyətdə gəlib.