
Futbol üzrə Çempionlar Liqasında V tura daha 8 oyunla yekun vurulub. Sportnet.az-ın məlumatına
görə, qarşılaşmalar arasında ən diqqətçəkəni İngiltərənin "Arsenal” və Almaniyanın "Borussiya Dortmund" komandaları arasında olub.
Bu
komandaların ilk qarşılaşmasında "Borussiya” doğma azarkeşlər önündə 2 cavabsız qolla qalib gəlmişdi. Bu dəfə isə "Arsenal" eyni hesablı qələbə sayəsində 1/8 finala vəsiqəni təmin edib. Növbəti mərhələyə daha iki vəsiqəyə "Atletiko" və "Bayer" yiyələnib. İspaniya təmsilçisi "Olimpiakos"u darmadağın edib. 4 cavabsız qoldan 3-nün müəllifi yeni transfer Mario Mancukiç olub.
"Bayer" isə evdə "Monako"ya uduzmasına baxmayaraq, ən azı qrup ikincisi kimi 1/8 finala vəsiqəyə vaxtından əvvəl yiyələnib. Çünki hazırda 9 xala malik Almaniya komandasını 1 xal fərqlə izləyən klublardan "Monako" və "Zenit" son turda üz-üzə gələcək və istənilən halda onlardan biri xal itirəcək.
Əvəzində Türkiyənin yeganə təmsilçisi "Qalatasaray” "Anderlext"ə uduzaraq, Avroliqaya vəsiqə verən 3-cü pillədən də əlini üzüb.
Qeyd edək ki, ilk 5 turdan sonra "Atletiko" (İspaniya), "Arsenal" (İngiltərə) və "Bayer (Almaniya) komandalarından əlavə, "Real Madrid" (İspaniya), "Borussiya" (Dortmund, Almaniya), "Bavariya" (Almaniya), "Barselona" (İspaniya), PSJ (Fransa), "Çelsi" (İngiltərə), "Portu" (Portuqaliya) və "Şaxtyor" (Ukrayna) da Çempionlar Liqasının 1/8 finalına yüksəlib.
Çempionlar Liqası, V tur
26 noyabr
A qrupu
23:45. "Atletiko" (İspaniya) – "Olimpiakos” (Yunanıstan) - 4:0
Qollar: Raul Qarsiya, 9. Mario Mancukiç, 38; 62; 65
23:45. "Malmö” (İsveç) – "Yuventus” (İtaliya) - 0:2
Qollar: Fernando Lyorente, 49. Karlos Teves, 88
1. |
Atletiko |
5 |
4 |
0 |
1 |
14:3 |
12 |
2. |
Yuventus |
5 |
3 |
0 |
2 |
7:4 |
9 |
3. |
Olimpiakos |
5 |
2 |
0 |
3 |
6:11 |
6 |
4. |
Malmö |
5 |
1 |
0 |
4 |
2:11 |
3 |
B qrupu
23:45. "Bazel” (İsveçrə) – "Real Madrid” (İspaniya) - 0:1
Qol: Kriştianu Ronaldu, 36
23:45. "Ludoqorets” (Bolqarıstan) – "Liverpul” (İngiltərə) - 2:2
Qollar: Dani Abalo, 3. Georgi Terziyev, 88 - Rikki Lambert, 8. Cordan Enderson, 37
1. |
Real M |
5 |
5 |
0 |
0 |
12:2 |
15 |
2. |
Bazel |
5 |
2 |
0 |
3 |
6:7 |
6 |
3. |
Liverpul |
5 |
1 |
1 |
3 |
4:8 |
4 |
4. |
Ludoqorets |
5 |
1 |
1 |
3 |
5:10 |
4 |
C qrupu
21:00. "Zenit” (Rusiya) – "Benfika” (Portuqaliya) - 1:0
Qol: Danni, 79
23:45. "Bayer” (Almaniya) – "Monako” (Fransa) - 0:1
Qol: Lukas Okampos, 72
1. |
Bayer |
5 |
3 |
0 |
2 |
7:4 |
9 |
2. |
Monako |
5 |
2 |
2 |
1 |
2:1 |
8 |
3. |
Zenit |
5 |
2 |
1 |
2 |
4:4 |
5 |
4. |
Benfika |
5 |
1 |
1 |
3 |
2:6 |
4 |
D qrupu
23:45. "Anderlext” (Belçika) – "Qalatasaray” (Türkiyə) - 2:0
Qollar: Şansel Mbemba, 44; 86
23:45. "Arsenal” (İngiltərə) – "Borussiya D” (Almaniya) - 2:0
Qol: Yaya Sanoqo, 2. Aleksis Sançes, 57
1. |
Borussiya |
5 |
4 |
0 |
1 |
13:3 |
12 |
2. |
Arsenal |
5 |
3 |
1 |
1 |
11:7 |
10 |
3. |
Anderlext |
5 |
1 |
2 |
2 |
7:9 |
5 |
4. |
Qalatasaray |
5 |
0 |
1 |
4 |
3:15 |
1 |