Rusiyanın
futbol üzrə gənclərdən ibarət millisinin baş məşqçisi Nikolay Pisarev "Zenit”in
hücumçusu Ramil Şeydayevlə bağlı məsələyə münasibət bildirib. Sportnet.az-ın
məlumatına görə, Pisarev AFFA-nın futbolçunun statusu ilə bağlı Rusiya Futbol
İttifaqı ilə danışıqlar aparmasından məlumatsız olduğunu deyib.
Onun sözlərinə görə futbolçunun Rusiya millisinə düşmək üçün şansları yüksəkdir: "Mənim azərbaycanlıların bu haqda danışıqlar aparmasından xəbərim yoxdur. Şeydayev Rusiya klubunda çıxış edir. Onun milli komandaya düşmək üçün çox yaxşı şansları var. Düşünmürəm ki, Şeydayev getməyi üstün tutsun”.