
Yeni yaradılan Məşqçilər Komitəsinin (MK)üzvləri bu günAFFA-nın baş katibi Elxan Məmmədov və Azərbaycan millli komandasının baş məşqçisi Robert Prosineçki iləgörüşüblər. Komitə sədri Vaqif Sadıqovun verdiyi məlumata görə, E.Məmmədovlagörüşdə 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasına (U-21)baş məşqçi təyinatı ətrafında müzakirələr aparılıb.
V.Sadıqov bildirib ki,MK üzvləri bu vəzifəyə yerli
mütəxəssislərin də təyinatı variantının nəzərdən keçirilməsini istəyiblər. Öz
növbəsində baş katib yerli mütəxəssislərinvə komitənin 5-cü üzvlüyünə
namizədlərin siyahısının hazırlanmasına dair tapşırıq verib. Hər iki siyahı
noyabrın 16-da keçiriləcək növbəti görüşdə E.Məmmədova təqdim olunmalıdır.
MK sədrinin sözlərinə görə,R.Prosineçki ilə görüş
tanışlıq xarakteri daşıyıb. Baş məşqçi dekabrın sonlarınadək Topaz Premyer
Liqasının oyunlarını izləyəcəyini vəAzərbaycan millisinə gənc
futbolçuları dacəlb etmək istədiyini bildirib. Konstruktiv dialoq
şəraitində keçən görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə
olunub. (Report.az)