Almaniya 2-ci Bundesliqasında XVI turun oyunları
keçirilib. Sportnet.az-ın məlumatına görə, Azərbaycan
yığmasının yarımmüdafiəçisi Toğrul Eratın şərəfini qoruduğu Düsseldorf
"Fortuna"sı da növbəti matçına çıxıb.
Sözügedən komanda doğma arenada
"Sandhausen"lə qarşlaşıb. Görüş evsahiblərinin 1:3 hesablı
məğlubiyyəti ilə başa çatıb. Ehtiyat oyunçular skamyasında əyləşən Erat 79-cu
dəqiqədə meydana çıxıb.
Qeyd edək ki, "Fortuna" hazırda 25 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.