İngiltərə
çempionatında oyun ərzində ən çox qaçan futbolçuların adları açıqlanıb. Sportnet.az-ın
məlumatına görə, Premyer Liqada ən çox qaçan futbolçu ispaniyalı ulduz Sesk Fabrekasdır.
"Çelsi”
klubunun futbolçusu 14 oyunda ümumilikdə 164 kilometr məsafə qaçaraq rekord
vurub. Yaz transfer dönəmində "Barselona”dan 33 milyon avroya transfer olunan
Fabrekas komandasının uğurlu çıxışında önəmli rol oynayır. 26 yaşlı futbolçu geridə
qalan 14 həftədə 10 məhsuldar ötürmə ilə də zirvədə qərarlaşıb.
14
oyuna 164 kilometr məsafə qət edən Fabrekas, oyun başına 11,7 kilometr qaçır. Fabrekası
komanda yoldaşı Nemanya Matiç izləyir. Serb oyunçu 162, 9 kilometr ilə ikinci
sırada yer alır.
Futbolçu |
Komanda |
Ümumi məsafə |
Sesk Fabrekas |
"Çelsi” |
164 |
Nemanya Matiç |
"Çelsi” |
162.9 |
Cek Livermore |
"Hall Siti” |
161.1 |
Ki Sunq-Yuenq |
"Svonsi Siti” |
159.3 |
Stiven N'Zonzi |
"Stoke Siti” |
156.5 |
Qalfi Siqurdsson |
"Svonsi Siti” |
155.7 |
Morqan Şneiderlin |
"Sautqempton” |
151.7 |
Darli Canmat |
"Nyukasl” |
150.7 |
Cek Kolbak |
"Nyukasl” |
150.6 |
Duşan Tadiç |
"Sautqempton” |
150.2 |