
"Bakı-2015” Avropa Oyunlarının Əməliyyat Komitəsində
1245 nəfər çalışır. Bu
barədə Azərbaycan Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev açıqlama
verib.
O bildirib ki, əməkdaşların 70 faizi yerli gənclərdir: "Onlar
özlərinə tamamilə yeni sahəni öyrənirlər. Açılış mərasimində də yerli
mütəxəssislərlə tandem əmələ gələcək”. (Report.az)