"İnter"in baş məşqçisi Roberto Mançini Avropa Liqasının qrup mərhələsinin son oyununda "Qarabağ"la keçiriləcək oyun haqda fikirlərini bildirib. Sportnet.az-ın məlumatına görə, italiyalı mütəxəssis bunları deyib:
"Mənim türkiyədə işləməyimin o qədər də əhəmiyyəti yoxdur. Mən "Qarabağ"ı incələmişəm və buraya qələbə qazanmağa gəlmişik. "Udineze" ilə keçirilən oyunda iki fərqli hissə gördük. Bunun səbəbi fiziki məsələlərlə bağlı deyil. Yavaş-yavaş komandanı gücləndirməyə çalışırıq. "İnter"in zəif hücum xəttinə malik olmasına gəlincə, bizim də, "Qarabağ"ın da güclü hücumçuları var. Elə düşünməyin ki, biz buraya gəzməyə gəlmişik. Son oyunda zəif çıxış etdik və futbolçulara əsəbləşdim. Lakin zamanla hər şey düzələcək. Mən "Qalatasaray"da uğursuz məşqçi olmamışam. İndi "İnter" turnir cədvəlində 12-cidir və əlimizdən gələni edirik ki, yüksək pillələrə qalxaq. İndiki "İnter"lə əvvəlki arasında fərqlər var. Hazırkı komanda daha gəncdir və çalışırıq. Gələcəkdə bu komandayla çempionluq yaşamaq mümkündür. Bakıya 9 müdafiəçi ilə gəlmişik. Lakin bu o demək deyil ki, biz müdafiə oyunu oynayacağıq".
Mançini "Qarabağ"ı yaxşı analiz etdiyini söyləyib: "Bizim əsas məqsədimiz mərhələ keçməkdir. Mərhələ keçsək, deməli biz yaxşı oynayırıq. "Qarabağ"ı udmağa çalışacağıq. Qələbə qazanaraq azarkeşlərimizi sevindirmək istəyirik. Buraya gəlməyən 4 oyunçu zədəlidir, birinin qırmızı vərəqə cəzası var və digərləri də yorğundur. Bu səbəbdən Bakıya gəlməyiblər".