"İnter"in baş məşqçisi Kaxaber Sxadadze Gürcüstan Futbol Federasiyasının rəhbərliyi ilə görüşüb. Sportnet.az xəbər verir ki, bir neçə gün öncə qonşu ölkənin futbol təsərrüfatının rəhbəri Zviad Siçinava ilə baş katib Revaz Arveladze Azərbaycana gəlib.
Onlar "bankirlər"in gürcü çalışdırıcısına yığmanın baş məşqçi postunu təklif ediblər. Amma Kaxanın Gürcüstan millisini çalışdıracağı tam dəqiq deyil. Məsələ burasındadır ki, Arveladze ilə Siçinava bu gün Hollandiyaya yola düşüb. Bu səfərdə məqsəd orada bir əcnəbi məşqçi ilə görüşmək və yığmanı həmin mütəxəssisə tapşırmaqdır.
Gürcüstan mətbuatının yazdığına görə, hazırda millinin baş məşqçi postuna namizədlərin əksəri elə əcnəbilərdir.
1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |