1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Fazil Mustafa: "Qarabağ"ın sağ əli Millimizin başına!"
Dünən ölkə başçısı İlham Əliyev Avropa Liqasında uğurlu çıxış ilə əlaqədar olaraq "Qarabağ" klubunu qəbul edib. Sportnet.az-ın məlumatına görə, millət vəkili Fazil Mustafa bu məsələyə münasibət bildirib.
O, şəxsi "facebook" səhifəsində Ağdam təmsilçisi ilə bağlı bunları qeyd edib:
"YERİ GƏLMİŞKƏN
Prezidentin "Qarabağ" klubu ilə görüşü və 1 milyon manat ayırması təqdirəlayiq haldır. 1 milyon müasir futbolda böyük rəqəm olmasa da, hər halda oyunçuların motivasiyası üçün olduqca vacibdir. Haqqı çatana haqqı verilməlidir. Dünənki görüşdə prezidentin vurğuladığı bir məqama da diqqət yetirmək istərdim. Dedi ki, komanda məğlubiyyət anında da özünü çox qürurlu, ləyaqətli apardı. Əslində bəlkə də daha çılpaq demək istəmədi ki, komanda özünü tərbiyəli apardı. "Qarabağ"ın özəlliyi də məhz budur. Futbolda peşəkarlığın əsas göstəricisi intizamdır! Adam var ki, milli komandaya bir dəfə çağrılan kimi elə bilir 5-6 dəfə "Qızıl Top" alıb. Messini futbolçu saymır. Bilir ki, hakim qərarını dəyişməyəcək, cumur üstünə ki, bəlkə qırmızı verib çölə aysın. Ektremal vəziyyətdə də insan gərək ədəbli davranmağa özünü alışdırsın. Burada sözsüz ki, məşqçinin xarakterindən asılı məqamlar xüsusi rol oynayır. Mən diqqət edirdim, ən ədalətsiz qərarla qarşılaşanda belə Qurban Qurbanov soyuqqanlılığını itirmədi, çılğınlıq etmədi. İnşallah addım-addım dünyaya özümüzü qəbul etdirəcəyik. "Qarabağ"ın sağ əli Millimizin başına!"