
Bakının "İnter" klubunun futbolçusu Aleksandr Amisulaşvili Gürcüstan yığmasına qayıtmağa hazırdır. Sportnet.az-ın məlumatına görə, bu barədə 32 yaşlı müdafiəçi qonşu ölkə telekanalına açıqlama verib.
O bildirib ki, 2013-cü ildə imtina etdiyi millidə baş məşqçi Kaxaber Tsxadadzenin rəhbərliyi altında çıxış edə bilər. Təcrübəli futbolçunun millidən gedişinə əvvəlki baş məşqçi Temuri Ketsbaya ilə fikir ayrılığı səbəb olub.
Qeyd edək ki, Aleksandr Amisulaşvili Gürcüstan millisində 2002-ci ildən çıxış edib. O, 36 oyuna 3 qol vurub.



































































