"Bizi dəvət etdiyi üçün AFFA-ya təşəkkür edirəm. Hər şey yüksək səviyyədə təşkil edilib".
"Çox maraqlı oyun keçdi. Daha əvvəl də qarşılaşmışıq. Meydanda yaxşı rəqib gördük". Sportnet.az-ın məlumatına görə, bunu Rusiyanın 17 yaşadək futbolçulardan ibarət yığma komandasının baş məşqçisi Mixail Qalaktionov Azərbaycan millisi ilə yoxlama matçından sonra deyib.
O, fevralın 20-dək millimizlə keçirəcəkləri növbəti yoxlama matçının da gərgin və maraqlı keçəcəyinə inam ifadə edib. Qalaktionovun fikrincə, hər iki komandanın yaxşı potensialı var.
Rusiyalı mütəxəssis Bakıya təlim-məşq toplantısına dəvət edildikləri üçün AFFA-ya təşəkkür edib və hər şeyin yüksək səviyyədə təşkil olunduğunu bildirib.