Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsi 42-ci Ümumdünya Şahmat Olimpiadasının ilk ulduz səfirlərinin adını açıqlayıb. Əməliyyat Komitəsinin mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, "Bu şəhərdə" teatrının baş prodüseri və rəhbəri Müşviq Abbasov, aktyorları Coşqun Rəhimov və Rafael İsgəndərov sentyabr ayında Bakıda keçiriləcək Ümumdünya Şahmat Olimpiadasının ulduz səfiri seçiliblər.
Əməliyyat Komitəsinə təşəkkür edən ulduz səfirlər etimadı doğrultmağa çalışacaqlarını bildiriblər.
Qeyd edək ki, Bakıda təşkil olunacaq Şahmat Olimpiadası 1-14 sentyabrda keçiriləcək. də start götürəcək və ayın 14-də başa çatacaq. Yarış "Crystal Hall"da keçiriləcək və olimpiada günlərində paytaxtda FİDE konqresinin növbəti iclası olacaq.