1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Millimiz Qəbələdə toplaşır
Bakı Şahmat Olimpiadasında iştirak edəcək Azərbaycan millisinin üzvləri və məşqçilərlə görüş keçirilib. Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsinin (BŞOƏK) mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, toplantıda 42-ci Ümumdünya Şahmat Olimpiadasına hazırlıq proqramı müzakirə edilib və şahmatçıların fikirləri öyrənilib.
İclasda iştirak edən Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov şahmatçıların hazırlığı üçün lazımi şəraitin yaradılacağını söyləyib. M.Məmmədov mötəbər yarışda ölkəmizi təmsil edəcək bütün komandalar üçün təlim-məşq planının hazırlandığını bildirib. Federasiyanın vitse-prezidenti vurğulayıb ki, olimpiadada kişi şahmatçılardan ibarət Azərbaycan yığmasına böyük ümid bəslənilir. Buna görə də şahmatçıların olimpiadaya yüksək səviyyədə hazırlaşması üçün proqram tərtib edilib.
Azərbaycanın əsas yığma komandası olimpiadaya qədər 3 təlim-məşq toplanışında iştirak edəcək. Hazırlığın ilk mərhələsi Qəbələdə baş tutacaq.
İclasda həmçinin əsas yığma komandanın yoldaşlıq görüşü keçirməsi üçün Bakıya xarici komandaların dəvət olunması müzakirə edilib.
Qeyd edək ki, Azərbaycan təşkilatçı ölkə kimi Bakı Şahmat Olimpiadasında 3 kişi və 3 qadın yığmasıyla təmsil olunacaq.