
Ermənistan şahmatçıları Bakıda keçiriləcək Ümumdünya Şahmat Olimpiadasında iştirak edəcəklər. Sportnet.az-ın məlumatına görə, bu barədə Beynəlxalq Şahmat Federasiyasının (FİDE) prezidenti Kirsan İlümjinov açıqlama verib.
"Bir neçə gün öncə Ermənistan prezidenti və ölkənin Şahmat Federasiyasının prezidenti Serj Sarkisyanla görüşdüm. Habelə, kapitan Levon Aronyanla birgə nahar etdik. Bu günə olan məlumata görə, onlar Bakıdakı Şahmat Olimpiadasında iştirak edəcəklər. Hətta Aronyan ötən il Bakıda Dünya Kubokunda iştirak etdiyini də xatırlatdı" deyə K.İlümjinov bildirib.
O, ermənistanlı jurnalistləri Olimpiadaya dəvət etdiyini də açıqlayıb.
Qeyd edək ki, Ümumdünya Şahmat Olimpiadası 1 - 14 sentyabrda keçiriləcək.