Hollandiyanın Veyk-an-Zee şəhərində keçirilən şahmat üzrə ənənəvi "Tata Steel Chess” turnirində 9-cu turuna yekun vurulub.
Sportnet.az-ın məlumatına görə, Azərbaycanı təmsil edən yeganə qrossmeyster Şəhriyar Məmmədyarov bu turda heç-heçə edib.
O, ağ fiqurlarla Vladimir Kramniklə ilə üz-üzə gəlib.
Bu heç-heçədən sonra xallarının sayını 6-a yüksəldən Məmmədyarov Maqnus Karlsenlə ikinci üçüncü yerləri bölüşdürür. Aniş Qiri isə 6.5 xalla turnir cədvəlinə başçılıq edir.
Qeyd edək ki, 10-cu turda Şəhriyar Məmmədyarov qara fiqurlarla Peter Svidlerlə qarşılaşacaq.