1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Şahmatçımız dünya çempionu oldu - FOTO
İtaliyanın Sardiniya adasının paytaxtı Kalyaridə reytinqi 2300-ə qədər olan həvəskar şahmatçılar arasında keçirilən dünya çempionatına yekun vurulub.
Sportnet.az-ın məlumatına görə, çempionatda 21 ölkədən 45 şahmatçı üç qrupda (reytinqi 1700-ə qədər, 2000-ə qədər, 2300-ə qədər olanlar) mübarizə aparıb. Azərbaycan şahmatçısı, 1987-ci il təvəllüdlü Kənan Hacıyev də onlar arasında olub. İsveçrə sistemi üzrə keçirilən turnirdən əvvəl reytinqi 1959-a bərabər olan Hacıyev bu mənada hamıdan geridə olsa da, bütün rəqiblərinə qalib gəlməklə 9 xal toplayıb. Ona qalib kimi 500 avro, kubok və qızıl medal verilib.
Mükafatlandırma mərasimində Azərbaycan himni də səslənib.