Azərbaycan şahmatçısı Teymur Rəcəbov Çempionlar Turunun "Opera Euro Rapid" adlanan üçüncü mərhələsinin yarımfinalında bu gün ilk oyunlarını keçirib.
Sportnet.az-ın məlumatına görə, 34 yaşlı qrossmeyster ABŞ təmsilçisi Uesli So ilə üz-üzə gəlib.
İlk partiyada qara fiqurlarla uduzan Rəcəbov növbəti görüşdə ağ fiqurlarla tarazlığı bərpa edib. Üçüncü partiya həmyerlimizin məğlubiyyəti ilə başa çatıb. Sonuncu qarşılaşmada isə heç-heçə qeydə alındığından, Rəcəbov ümumi hesabda uduzub - 1,5:2,5.
Yarımfinalın digər cütündə isə norveçli dünya çempionu Maqnus Karlsen fransalı Maksim Vaşye-Laqravı 2,5:0,5 hesabı ilə məğlub edərək üstünlük qazanıb.
Cütlüklər sabah ən azı daha 4 görüş keçirəcəklər.
Qeyd edək ki, Rəcəbov 1/4 finalda niderlandlı Aniş Girini, So isə polşalı Yan Kşiştof Dudanı mübarizədən kənarlaşdırıb.
Turnirin ümumi mükafat fondu 100 000 ABŞ dollarıdır. Qalib 30 000 dollar qazanacaq.
-------------------------------------------------------------
Azərbaycan şahmatçısı Teymur Rəcəbov Çempionlar Turunun "Opera Euro Rapid" adlanan üçüncü mərhələsinin yarımfinalında bu gün ilk oyunlarını keçirəcək.
Sportnet.az-ın məlumatına görə, 34 yaşlı qrossmeyster ABŞ təmsilçisi Uesli So ilə üz-üzə gələcək.
Rəcəbov 1/4 finalda niderlandlı Aniş Girini, So isə polşalı Yan Kşiştof Dudanı mübarizədən kənarlaşdırıb. Yarımfinal görüşləri əvvəlki raund kimi iki gün davam edəcək. Onlar hər gün 4 oyun keçirəcəklər. İki gündə qalib müəyyənləşməsə, tay-breyk oynanılacaq.
Yarımfinalın digər cütündə isə norveçli dünya çempionu Maqnus Karlsen fransalı Maksim Vaşye-Laqravı sınağa çəkəcək.
Qeyd edək ki, turnirin ümumi mükafat fondu 100 000 ABŞ dollarıdır. Qalib 30 000 dollar qazanacaq.
"Opera Rapid"
Yarımfinal
Uesli So (ABŞ) - Teymur Rəcəbov (Azərbaycan) - 2,5:1,5
Maqnus Karlsen (Norveç) - Maksim Vaşye-Laqrav (Fransa) - 2,5:0,5