Bu gün şahmat üzrə dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun VIII mərhələsi olan "Chessable Masters"də 1/4 final mərhələsinin cavab görüşləri keçirilib.
Sportnet.az-ın məlumatına görə, Azərbaycan təmsilçisi Şəhriyar Məmmədyarov bu raundda Levon Aronyanla (Ermənistan) üz-üzə gəlib. Bu dəfə də rəqibinə 1:2 (0:1, 1:0, 0:1) hesabı ilə uduzan Məmmədyarov mübarizəni dayandırıb. 36 yaşlı qrossmeyster ilk oyun günündə 0,5:2,5 hesabı ilə yenilmişdi.
Çempionlar Turu
1/4 final cütləri
Şəhriyar Məmmədyarov - Levon Aronyan (Ermənistan) - 1:2
İlk oyun - 0,5:2,5
Uesli So (ABŞ) - Yorden Van Forest (Niderland) - 2,5:0,5
İlk oyun - 2:2
Alireza Firuzca (FIDE) - Le Kuanq Lyem (Vyetnam) - 0:2
İlk oyun - 1:3
Hikaru Nakamura (ABŞ) - Vladislav Artemyev (Rusiya) - 2:2
İlk oyun - 2:2
Armageddon - 1:2
Beləliklə, yarımfinalda So - Artemyev, Lyem - Aronyan görüşləri olacaq.
Qeyd edək ki, onlayn turnir avqustun 8-də başa çatacaq. Yarışın mükafat fondu 100 000 ABŞ dollarıdır. Qalib şahmatçı 30 000 ABŞ dolları əldə edəcək. Azərbaycanın digər şahmatçısı Teymur Rəcəbovun adı iştirakçılar siyahısına daxil edilməyib.