Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində norveçli hazırkı dünya çempionu Maqnus Karlsen və İddiaçılar Turnirinin rusiyalı qalibi Yan Nepomnyaşi arasında şahmat tacı uğrunda 9-cu görüş keçirilib.
Sportnet.az-ın məlumatına görə, qara fiqurlarla oynayan Karlsen 39-cu gedişdə rəqibini məğlub edib. Bu, hazırkı dünya çempionunun 3-cü qələbəsi olub. Karlsen bu nəticə ilə hesab arasındakı fərqi üçə çatdırıb - 6:3.
Tərəflər arasında 10-cu qarşılaşma dekabrın 8-də olacaq. Karlsen ağ, Nepomnyaşi isə qara fiqurlarla mübarizə aparacaq.
Şahmatçılar dekabrın 14-dək ümumilikdə 14 dəfə üz-üzə gələcəklər. Bu oyunların yekununda heç-heçə qeydə alınacağı təqdirdə, sürətli şahmat üzrə 4 partiya keçiriləcək. Yenə qalib müəyyənləşməsə, əvvəlcə 2, ehtiyac yaranarsa, daha 5 blits partiya olacaq. "Sülh" davam etsə, "Armageddon"a müraciət olunacaq.
Qalib 1,2 milyon avro, məğlub tərəf 800 min avro qazanacaq.
Qeyd edək ki, Maqnus Karlsen 2013-cü ildə hindistanlı Vişvanatan Ananda qalib gələrək, karyerasında ilk dəfə dünya çempionluğuna yiyələnib. Karlsen daha sonra 4 dəfə titulunu qoruyub.