Fevralın 27-də Azərbaycan Şahmat Federasiyası və Azərbaycan İdman Jurnalistləri Federasiyası “5 mart - Bədən Tərbiyəsi və İdman günü”nə həsr olunan idman jurnalistləri arasında şahmat yarışı təşkil edəcək.
Sportnet.az xəbər verir ki, “İdman birləşdirir” şüarı ilə keçiriləcək yarış 9 turdan ibarət olacaq.
Yarışın reqlamentinə əsasən hər oyuna 5 dəqiqə vaxt ayrılacaq və hər gediş üçün 3 saniyə əlavə olunacaq.
9 turdan sonra qaydalara uyğun olaraq ilk üç yeri tutan iştirakçılara diplom, pul mükafatı və qiymətli hədiyyələr təqdim olunacaq.
Şahmat turniri doğma çay - “Azərçay”, P&G və Cinema Plus şirkətlərinin dəstəyi ilə keçiriləcək.