Hindistanın Çennay şəhərində keçirilən Ümumdünya Şahmat Olimpiadasında Azərbaycanın kişi və qadınlardan ibarət milliləri bu gün VI tur oyunlarını keçirəcək.
Sportnet.az-ın məlumatına görə, ötən tur sürpriz şəkildə Kubadan ilk məğlubiyyətini almış kişi yığması bu dəfə Slovakiya ilə qarşılaşacaq. Qadın millisi isə Qazaxıstanla münasibətlərinə aydınlıq gətirməyə çalışacaq.
Şahmat Olimpiadası
VI tur
Kişilər
Slovakiya – Azərbaycan
Viktor Qazik – Şəhriyar Məmmədyarov
Yuray Druşka – Qədir Hüseynov
Xristofer Repka – Vasif Durarbəyli
Lyubomir Ftaçnik – Nicat Abbasov
Qadınlar
Azərbaycan – Qazaxıstan
Günay Məmmədzadə – Jansaya Əbdumalik
Gövhər Beydullayeva – Bibisara Assaubayeva
Gülnar Məmmədova – Kseniya Balabayeva
Ülviyyə Fətəliyeva – Qulisxan Naxbayeva
Oyunlar Bakı vaxtı ilə saat 13:30-da başlanacaq.
Qeyd edək ki, V turun nəticələrindən sonra Azərbaycanın kişi millisi 7 xalla 37-ci yerdə qərarlaşıb. Qadın yığması isə 9 xalla 5-cidir.