Azərbaycanın qadın şahmatçısı Ülviyyə Fətəliyeva Çexiyanın paytaxtı Praqada keçirilən Avropa çempionatının IX turunda heç-heçə edib.
Sportnet.az-ın məlumatına görə, Fətəliyeva turnir cədvəlinin lideri Monika Soçko (Polşa) ilə sülh bağlayıb - 0,5:0,5.
Səbinə İbrahimova isə Noqa Oriana (İsrail) qalib gəlib.
Bu nəticələrdən sonra Günay Məmmədzadə 7 xalla 2-ci, Ülviyyə Fətəliyeva və Gülnar Məmmədova 6,5 xalla 4-5-ci, Gövhər Beydullayeva və Xanım Balacayeva 6 xalla müvafiq olaraq 17-ci və 19-cu, Ləman Hacıyeva 5 xalla 33-cü və Səbinə İbrahimova 4 xalla 80-cidir.
Qeyd edək ki, avqustun 31-də başa çatacaq Avropa çempionatında 123 şahmatçı mübarizə aparır.