Bu gün Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov "Meltwater Champions Chess Tour" seriyasının səkkizinci mərhələsi olan “Aimchess Rapid” turnirində ikinci final görüşünü keçirəcək.
Sportnet.az-ın məlumatına görə, 37 yaşlı qrossmeyster növbəti dəfə polşalı Yan Kşiştof-Duda ilə üz-üzə gələcək.
Qeyd edək ki, tərəflər arasındakı ilk final görüşü dünən baş tutub və Şəhriyar Məmmədyarov 1:3 hesabı ilə məğlub olub.