
Fevralın 19-dan Tiflis Olimpiya İdman Kompleksində start götürən üzgüçülük üzrə Gürcüstan açıq qış çempionatı başa çatıb. Bu barədə Azərbaycan Üzgüçülük Federasiyasının mətbuat xidmətindən məlumat verilib.
Üç gün davam edən birincilikdə ümumilikdə 3 ölkədən 200 idmançı qatılıb. Gürcüstan və Belarusun iştirak etdiyi bu qarşılaşmada Azərbaycan 7 oğlan və 3 qız olmaqla 10 üzgüçü ilə təmsil olunub.
Nazir İsmayılov 100 və 200 metr məsafədə arxası üstə 1-ci yerə, 50 məsafədə arxası üstə yarışlarda isə 2-ci yerə layıq görülüb. Ayxan Murad 50 metr brass üzmə üsülü üzrə 3-cü yerin, Mahmudzadə Nurlan isə 100 məsafədə arxası üstə 2-ci yerin, 50 və 200 metr məsafədə arxası üstə 3-ci yerin sahibi olub. Oğlan üzgüçülərdən Nikolay Pradov isə 200 metr məsafədə sərbəst üsulda üzmədə 1-ci yerə, 200 metr məsafədə sərbəst üsulda üzmədə isə 2-ci yerə layiq görülüb.
Oğlanlar arasında 4 dəfə 50 və 100 metr məsafəyə sərbəst üsulda estafet üzmədə Azərbaycan komandası 3-cü yerə layiq görülüb.
Azərbaycanlı üzgüçülərdən Ruslan Dünyamalıyev 200 metrdə baterfley üsulu ilə üzmədə 3-cü yerə sahib olub. Qadın üzgüçülər də Gürcüstan açıq qış çempionatında yüksək nəticələr göstəriblər. İdmançılarımızdan Alkərimova Fatimə 100-400 metr məsafədə sərbəst üsul üzrə birinciliyin qalibi olub, 200 metr məsafədə qarışıq üsulla üzmədə 2-ci yerə, 50 metr baterfley üsulu ilə üzrə üzmədə isə 3-cü yerə layiq görülüb. Üzgüçülərimizdən Anna Andryuşenko 200 metrdə baterfley üsulu ilə üzmədə 1-ci yerin, 400 məsafədə isə qarışıq üzmə üsulunda 2-ci yerin, 400 metr məsafədə sərbəst üsul üzrə 3-cü yerin sahibi olub. İlahə Rəsulova da Tiflis turnirində yaxşı nəticələr göstərib. Bellə ki, o 200 metrdə baterfley üsulu ilə üzmədə 2-ci yerə, 100 metrdə baterfley üsulu ilə üzmədə 3-cü yerə layiq görülüb. (Report.az)