
"Gələcəkdə Suqovuşandan əlavə, Füzulidə, Qubadlıda və Qarabağın digər regionlarında da mötəbər tədbirlərin keçirilməsi planlaşdırılır".
Sportnet.az xəbər verir ki, bunu “Mingəçevir Reqatası”nın rəsmi açılış mərasimdə iştirak edən Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının (AKAF) baş katibi Fərhad Əliyev deyib.
Federasiyası rəsmisi növbəti ay həmin regionatlarda yoxlanışların aparılacağını və baxış üçün mütəxəssislərin çağırılacağını bildirib: "Artıq ikinci dəfədir ki, belə tədbir keçiririk. Birinci yarışa beş ölkə qatılmışdı. İndi 15-dək ölkənin komandaları mübarizə aparır. Reqata Avropa təqvimində də yer alıb. 50 ildən çoxdur ki, bu yarış baş tutur. Turniri bundan sonra da təşkil etmək planımız var". (Report)