Türkiyəni təmsil edən əslən azərbaycanlı atlet Ramil Quliyev 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.
Sportnet.az-ın məlumatına görə, 29 yaşlı sprinter buna Qətərin paytaxtı Dohadakı Brilliant Liqada nail olub. 200 metr məsafəyə 19,99 saniyəyə qaçan Quliyev birinci yeri tutub və olimpiya normasını yerinə yetirib. Bu münasibətlə dünya və Avropa çempionunu Türkiyənin gənclik və idman naziri Mehmet Muharrem Kasapoğlu təmsil edib və ona "Tokio-2020"də uğurlar arzulayıb.
Qeyd edək ki, Ramil Quliyev Türkiyə millisində 2013-cü ildən çıxış edir.