Tokio-2020 Yay Olimpiya Oyunlarının təxirə salınması və ya ləğvi məsələsi gündəmdə deyil.
Sportnet.az-ın məlumatına görə, bu barədə Oyunların Təşkilat Komitəsindən "Reuters"ə verilən açıqlamada bildirilir. Qeyd olunur ki, Beynəlxalq Olimpiya Komitəsi (IOC) və Oyunların Təşkilat Komitəsi belə bir variantı nəzərdən keçirmir.
Daha öncə Təşkilat Komitəsinin üzvü Haruyuki Takahasi ABŞ-ın "Wall Street" qəzetinə müsahibəsində Tokio olimpiadasının koronavirusa görə 2022-ci ildə keçirilməsinin daha məqsədəuyğun olduğunu bildirib.
İyulun 24-də start götürməsi planlaşdırılan XXXII Yay Olimpiya Oyunları avqustun 9-da başa çatacaq.