Beynəlxalq Olimpiya Komitəsi (IOC) koronavirus pandemiyası səbəbindən 2021-ci ilə təxirə salınan Tokio Yay Olimpiya Oyunlarının proqramını və məkanlarını təsdiqləyib.
Sportnet.az qurumun rəsmi "Twitter" səhifəsinə istinadən xəbər verir ki, yarışın proqramı 2020-ci il versiyasına əsasən təsdiqlənir.
Tokio-2020 Yay Olimpiya Oyunları planlaşdırıldığı kimi 2021-ci il 23 iyul - 8 avqustda reallaşacaq. Qərarlar IOC-un bu gün baş tutan 136-cı Sessiyasında qəbul edilib.
Qeyd edək ki, Tokio olimpiadası martın sonunda növbəti ilə təxirə salınıb.