"Bu olimpiada tamam fərqlidir. Hansısa çarter reysi təşkil edə bilməyəcəyik".
Sportnet.az-ın məlumatına görə, bu fikirləri Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə Tokio-2020 Yay Olimpiya Oyunlarına həsr edilmiş tədbirdə deyib.
O bildirib ki, hava limanlarında ehtiyatlı olmaq lazımdır: "Dünən cənab Prezidentlə danışdım. Rəsmi yolasalma mərasimi keçirilməyəcək. Cənab prezident televiziya vasitəsilə ilə müraciət edəcək. Yolasalma bu vasitə ilə həyata keçiriləcək".