
“Sərhədçi” heyətini iki basketbolçu ilə gücləndirib.
Bu barədə Sportnet.az-a klubun mətbuat xidmətindən məlumat verilib.
Komanda ABŞ-dən olan Jared Bynum və Jozef Alleni heyətinə qatıb.
Hər iki oyunçu ilə mövsümün sonuna qədər müqavilə imzalanıb. J.Bynumun son klubu Slovakiya təmsilçisi “Nitra Blue Wings” olub. J.Allen isə Tayvan liqasında mübarizə aparan “VantaBlack Draqons”da oynayıb.