
ABŞ-nin "Los-Anceles Leykers" klubunun basketbolçusu Lebron Ceyms unikal göstəriciyə çatıb.
Sportnet.az xəbər verir ki, 40 yaşlı idmançı Milli Basketbol Assosiasiyası (NBA) tarixində 50 000 xal toplayan ilk basketbolçu olub. O, buna NBA-nın müntəzəm mövsümündə "Nyu Orlean Pelikans"la qarşılaşmada nail olub.
Bu göstəricidə ikinci sırada əfsanəvi Karim Abdul-Cabbar (44 149 xal), üçüncü pillədə isə Karl Meloun (41 689) qərarlaşıb.
"Los-Anceles Leykers" - "Nyu Orlean Pelikans" görüşü birincilərin 136:115 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, Lebron Ceyms 4 qat NBA çempionudur. O, 2018-ci ildən Los-Anceles təmsilçisinin şərəfini qoruyur.