1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Cəmil Rüstəmxanlı "Azəryol"u sildi
"Azəravtoyol" açıq səhmdar cəmiyyətinin sədr müavini Cəmil Rüstəmxanlı voleybolçu qadınlardan ibarət "Azəryol" klubunun prezidenti vəzifəsindən imtina etmək istəyir. Sportnet.az-ın məlumatına görə, C.Rüstəmxanlının artıq şəxsi "Facebook" səhifəsindən klubla bağlılığını əks etdirən bütün informasiyalar və fotolar silinib.
Bu addımın təsadüfi olmadığı və elə özü tərəfindən atıldığı şübhə doğurmur. Ötən gün o, "Report"a açıqlamasında "Azəryol"un Avropa kuboklarından imtina etdiyini və bu mövsüm üçün düzgün qərarın bu olduğunu söyləyib.
Qeyd edək ki, Cəmil Rüstəmxanlı xalq yazıçısı Sabir Rüstəmxanlının oğludur. O, "Azəryol"un prezidenti vəzifəsinə 2015-ci ilin sentyabrında gətirilib.