1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Azərbaycan klubu avrokubokdan imtina səbəbini açıqladı
Son zamanlar mediada qadın voleybolçulardan ibarət "Azəryol" barədə yayılan məlumatlara klubdan aydınlıq gətirilib. Mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, klubun heç bir borcu yoxdur.
"Azəryol" Avropa kuboklarından imtina etməsinə müəyyən səbəblər göstərib: "Artıq neçə ildir ki, bir çox komandalarımızın heyətlərində legioner voleybolçular üstün yerləri tuturlar. Dünyaca tanınmış voleybolçuların yerli klublarda çıxış etmələri çox sevindirici haldır. Buna baxmayaraq, həmin idmançılar mövsüm və ya klubla müqavilələri bitdikdən sonra öz vətənlərinə dönürlər. Bir sözlə, legioner voleybolçular milli yığma komandamıza heç bir köməklik etmirlər. Hər zaman klublarla keçirilən iclaslarda da Azərbaycan Voleybol Federasiyasının vitse-prezidenti Faiq Qarayev komandalarımızda yerli voleybolçulara üstünlük verilməsini qeyd edirdi. Biz də, "Azəryol” voleybol klubu olaraq Azərbaycan Voleybol Federasiyasının yaninda olmağa çalışmışıq və bundan sonra da voleybolumuz üçün əlimizdən gələni edəcəyik".
Klub 3 illik yeni layihəyə start verdiklərini bəyan edib: "Artıq neçə illərdir ki, voleybol Azərbaycanda ən populyar idman növüdür. Biz də voleybol ailəsinin bir üzviyik və beynəlxalq yarışlarda Avropa, dünya çempionatlarında bayrağımızı yüksəklərə qaldıran milli komandamız üçün 3 illik bir layihəyə start verdik. Bu layihədə gənc oyunçuların oyun təcrübəsini artıraraq milli komandamıza layiqincə hazırlaşması üçün müəyyən işlər görəcəyik. Bu mövsümdən etibarən komandamızın esas heyətində milli oyunçularımızın gözəl oyununa şahid olacaqsınız. 3 illik layihənin əsas məqsədi yerli, gənc və perispektivli idmançıların inkişafı üçün lazımı şəraitin yaradılmasıdır. Bu, voleybolçuların əsas heyətdə çıxış edərək oyun təcrübələrini artırmasıdır ki, gələcəkdə onlar milli komandamızın əsas heyətində yer ala bilsinlər. Qarşıdakı illərdə isə yenidən "Azəryol” avrokuboklarda iştirak edəcək.
Qeyd edək ki, "Azəryol" 2015-2016 mövsümünün yekunlarına əsasən, 4-cü yeri tutmasına baxmayaraq, avrokuboklarda iştirakdan imtina edib.