Bu gün qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa Liqasında qrup mərhələsinin ilk dövrəsinin son oyununa çıxıb. Sportnet.az-ın məlumatına görə, rəqib İspaniya yığması olub.
B qrupuna təsadüf edən qarşılaşma millimizin qələbəsi ilə yekunlaşıb - 3:1. Bununla da Faiq Qarayevin baş məşqçi olduğu yığma ilk dövrəni 9 xalla qrup lideri kimi başa vurub. Digər görüşdə ev sahibi Monteneqro Fransaya qalib gələ bilməsə, Azərbaycan millisi ən yaxın izləyicisi ilə 3 xallıq fərq daha da böyüyəcək.
Qeyd edək ki, B qrupunda ikinci dövrə qarşılaşmaları 10 - 12 iyunda Fransanın Renn şəhərində təşkil olunacaq.
Avropa Liqası
B qrupu, III tur
19:00. İspaniya - AZƏRBAYCAN - 1:3 (16:25, 25:23, 17:25, 16:25)
Hakimlər: Alina Felisia Sukyu (Rumıniya), Mixael Yanoş (Avstriya)
Bar, "Topolitsa" idman sarayı.