Türkiyənin qadınlardan ibarət "Vakıfbank" voleybol komandası növbəti dəfə Ginnesin Rekordlar Kitabına düşüb.
Sportnet.az xəbər verir ki, İstanbul təmsilçisi klublararası dünya çempionatında 2013, 2017 və 2018-ci illərdə məğlub olmadan qızıl medal qazanıb. Bundan başqa, komanda bir dəfə 2-ci, iki dəfə isə 3-cü yeri tutub.
Türkiyə klubu 13 dəfə təşkil edilən dünya çempionatında ən çox medal əldə edən komanda olub.
Qeyd edək ki, "Vakıfbank" 2014-cü ildə ardıcıl 74 oyunda qələbə qazanaraq Ginnesin Rekordlar Kitabına düşmüşdü.