Qadın voleybolçular arasında Azərbaycan Super Liqasının reqlamentində dəyişiklik edilib.
Azərbaycan Voleybol Federasiyasından Sportnet.az-a verilən məlumata görə, çempionatın qalibi nəzərdə tutulduğu kimi 6 deyil, 4 dövrənin yekununa əsasən müəyyənləşəcək.
Buna mart və aprel aylarında kubok oyunlarının təqvimə salınması səbəb olub.
Qeyd edək ki, qərar klubların razılığı əsasında qəbul edilib.