
Bu gün qadın voleybolçular arasında Azərbaycan Super Liqasında XVI turun oyunu keçirilib. Sportnet.az-ın məlumatına görə, Voleybol Mərkəzində baş tutacaq görüşdə "Azəryol" və "Lokomotiv" üz-üzə gəlib.
İlk setdə 25:22 hesabı ilə qalib gələn "Azəryol" ikinci hissəni də öz xeyrinə başa vurub - 25:12. "Azəryol" sonuncu setdə də 25:19 hesablı qələbə qazanaraq aktivinə 3 xal yazıb.
Qeyd edək ki, "Azəryol" qələbə sayəsində 29 xalla turnir cədvəlinin ikinci pilləsinə yüksəlib və lider "Rabitə"dən 4 xal geri qalır. "Lokomotiv" isə 28 xalla 3-cü pillədə qərarlaşıb.