Voleybolçu qadınlardan ibarət Azərbaycan millisi bu gün 2023-cü il Avropa çempionatının seçmə mərhələsində növbəti görüşünü keçirəcək.
Sportnet.az-ın məlumatına görə, D qrupunda yer alan yığma Sloveniyanı qəbul edəcək.
Bakıdakı Voleybol Mərkəzində təşkil olunacaq qarşılaşma saat 18:00-da başlanacaq. Azərbaycan komandası qələbə qazanacağı təqdirdə, Belçika, İtaliya, Estoniya və Almaniyanın ev sahibliyi edəcəyi AVRO-2023-ün final mərhələsinə yüksələcək.
Beləliklə, yığma tarixində 10-cu dəfə qitə çempionatının əsas mərhələsində iştirak hüququna yiyələnəcək.
AVRO-2023, seçmə mərhələ
D qrupu (qadınlar)
3 sentyabr
18:00. Azərbaycan - Sloveniya
Bakı, Voleybol Mərkəzi
Qeyd edək ki, ilk 3 turdan sonra Azərbaycan millisi 9 xalla qrupda liderdir. Sloveniya 8 xalla ikinci, Avstriya 1 xalla üçüncüdür. Xalı olmayan Gürcüstan seçməsi isə sonuncu pillədə qərarlaşıb. Qruplarda ilk 2 yerin sahibləri AVRO-2023-ə vəsiqə qazanacaq.