Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin yeni baş məşqçisi bəlli olub.
Sportnet.az xəbər verir ki, yığma türkiyəli mütəxəssis Ataman Güneyligilə tapşırılıb.
Bununla əlaqədar mayın 16-da saat 12:00-da Voleybol Mərkəzində Ataman Güneyligilin iştirakı ilə mətbuat konfransı keçiriləcək.
Qeyd edək ki, Ataman Güneyligil 2015-2023-cü illərdə Türkiyənin "Qalatasaray" komandasının baş məşqçisi olub. 41 yaşlı mütəxəssis ölkəsində U-20 və U-23 yığmalarına da rəhbərlik edib.