Bu gün "Bakı 2015" I Avropa Oyunlarında taekvondo yarışlarına yekun vurulub. Sportnet.az-ın məlumatına görə, Radik İsayev son yarış günü qızıl medal qazanıb.
O, +80 kq çəkidə rusiyalı Vladislav Larinlə qarşılaşıb və 4:3 hesab ilə qalib gəlib. Nəticədə Azərbaycan qızıl medallarının sayını 13-ə çatdırıb.
XXX
"Bakı 2015" I Avropa Oyunlarında Azərbaycanı taekvondo yarışlarında təmsil edən Radik İsayev finala yüksəlib. Sportnet.az-ın məlumatına görə, o, yarımfinalda İvan Konrad Traykoviçə 17:2 hesabı ilə qalib gəlib.
Xal fərqi olduğundan, 3-cü raunda ehtiyac olmayıb və görüş 2 hissədən sonra başa çatıb.
+80 kq çəki dərəcəsində qızıl medal uğrunda döyüşdə R.İsayevin rəqibi Vladis Larin (Rusiya) - Vedran Qoleç (Xorvatiya) cütünün qalibi olacaq.
XXX
"Bakı 2015" I Avropa Oyunlarında Azərbaycanı taekvondo yarışında təmsil edən Radik İsayev yarımfinala yüksəlib. Sportnet.az-ın məlumatına görə, o, 1/4 finalda Hollandiya idmançısı ilə üz-üzə gəlib.
+80 kq çəki dərəcəsində gedən döyüş R.İsayevin 8:6 hesablı qələbəsi ilə yekunlaşıb. Azərbaycan təmsilçisi bu mərhələdə İvan Konrad Traykoviç (Sloveniya) və Leonordo Basile (İtaliya) cütünün qalibi ilə qarşılaşacaq.
XXX
"Bakı 2015" I Avropa Oyunlarında taekvondo üzrə yarışlar davam edir. Azərbaycan idmançısı Radik İsayev bu gün mübarizəyə qoşulacaq.
O, 1/4 final mərhələsində +80 kq çəki dərəcəsində hollandiyalı Jeroen Vanruijlə üz-üzə gələcək.
Qadınların yarışında isə Azərbaycan təmsilçisi Marina Tedeyeva döşək üzərinə çıxıb. +67 kq çəki dərəcəsində onun rəqibi ukraynalı Marina Koniyeva olub. İlk raunddakı görüş Azərbaycan təmsilçisinin məğlubiyyəti ilə başa çatıb - 4:10.